Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə Zanzibar Təhsil İnstitutu arasında görüş keçirilib

Tarix: 21.09.2026
Paylaş:

Sentyabrın 18-də Azərbaycan Respublikasının Təhsil İnstitutu ilə Tanzaniya Birləşmiş Respublikasının Zanzibar Təhsil İnstitutu arasında görüşü keçirilib.

Görüşdə ARTİ-nin direktor əvəzi Elnur Əliyev və Zanzibar Təhsil İnstitutunun Baş direktoru Abdalla Mohamed Mussa rəhbərlik etdikləri qurumların fəaliyyəti, təhsil sahəsindəki təcrübə və aktual məsələlər barədə fikir mübadiləsi aparıblar.

Kurikulumların hazırlanması və təkmilləşdirilməsi, müəllim hazırlığı və peşəkar inkişaf məsələlərinin də diqqət mərkəzində olduğu görüşdə elm və təhsil sahəsində gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Görüş zamanı qarşılıqlı təcrübə mübadiləsi, birgə təşəbbüslərin həyata keçirilməsi və təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində mümkün əməkdaşlıq məsələləri geniş müzakirə olunub.