Sentyabrın 26–27-də Təhsil Texnologiyaları Mərkəzində riyaziyyat fənni üzrə yuxarı yaş qrupları üçün Beynəlxalq Jautikov Olimpiadasına seçim imtahanı keçiriləcək.
Seçim imtahanında ötən tədris ilində riyaziyyat fənni üzrə Respublika Fənn Olimpiadasının qalibləri iştirak edə bilərlər.
İmtahan hər iki gün saat 10:00-da başlayacaq və 4 saat 30 dəqiqə davam edəcək.
İştirakçılar 09:30-dan gec olmayaraq imtahan keçirilən məkanda olmalıdırlar. İmtahanda iştirak üçün şəxsiyyət vəsiqəsinin təqdim edilməsi mütləqdir.