IJSO 2026 üzrə ilkin seçim imtahanı keçirilib

Tarix: 22.09.2026
Paylaş:

Sentyabrın 26-da Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (International Junior Science Olympiad/IJSO) ilkin seçim imtahanı təşkil olunub.

Qeyd edək ki, seçim imtahanında ən yüksək nəticə göstərən 14 şagird növbəti mərhələyə hazırlıq məqsədilə intensiv dərslərə cəlb olunur. Bir neçə həftə davam edən hazırlıq dərslərindən sonra ikinci seçim imtahanı keçirilir. Həmin imtahanın nəticələrinə əsasən IJSO-da ölkəmizi təmsil edəcək şagirdlər müəyyənləşdirilir. Onların hazırlığı olimpiadaya qədər davam etdirilir.

Şagirdlərin fizika, kimya və biologiya üzrə bilik və bacarıqlarını ölçən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadası bu il 2-9 dekabr tarixlərində Bolqarıstanda keçiriləcək.

Xatırladaq ki, ölkəmizi IJSO 2026-da təmsil edəcək milli komandanın formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Təhsil İnstitutu (ARTİ) tərəfindən hər il respublika səviyyəsində ilkin seçim imtahanları və hazırlıq dərsləri təşkil olunur. Bu seçimlərdən uğurla keçən ən güclü şagirdlər olimpiadada iştirak hüququ qazanır.

İmtahanın nəticələri ilə aşağıdakı linkdə tanış ola bilərsiniz:

Nəticələr