Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzi regionda fənn müəllimlərinə peşəkar dəstək göstərmək, tədrisin keyfiyyətini artırmaq və müasir metodologiyanı təşviq etmək məqsədilə ingilis dili və riyaziyyat fənləri üzrə aparıcı fənn metodisti vəzifəsinə qəbul elan edir.
Əsas öhdəliklər:
• İşlədiyi region üzrə müvafiq fənn müəllimlərinə metodik dəstək göstərmək;
• Müəllimlərin peşəkar inkişafını yönləndirmək, seminar və təlimlər təşkil etmək;
• Dərs dinləmələri aparmaq, effektiv əks-əlaqə yaratmaq, səmərəli öyrənmə mühiti formalaşdırmaq;
• Yeni tədris strategiyalarının və İKT alətlərinin dərs prosesinə inteqrasiyasına dəstək göstərmək.
Namizədə dair tələblər:
• Təhsil: ali pedaqoji təhsil;
• İxtisas və fənn: ingilis dili və ya riyaziyyat müəllimliyi;
• Dil bilikləri: ingilis dili üzrə aparıcı fənn metodistinin dili bacarıqları yüksək olmalıdır;
• İş təcrübəsi: ən az 7 il pedaqoji (müəllimlik) təcrübə;
• Sertifikasiya imtahanı balı: 51+
• Rəqəmsal bacarıqlar: yüksək İKT (İnformasiya və Kommunikasiya Texnologiyaları) bacarıqları;
• Üstünlük verilir: Müvafiq fənn üzrə beynəlxalq sertifikatların (məsələn: ingilis dili üzrə CELTA, DELTA, TESOL, TKT və s.) olması arzuolunandır.
Şəxsi keyfiyyətlər:
• Ünsiyyət və təqdimat bacarığı;
• Liderlik və komandada işləmək qabiliyyəti;
• Yeniliklərə açıq olmaq və təşəbbüskarlıq.
Müraciət qaydası: Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini və sertifikasiya nəticələri haqqında məlumatı 20 oktyabr 2026 tarixinədək metodikxidmetinteshkili@gmail.com ünvanına göndərmələri xahiş olunur.