
Oktyabrın 11-də Təhsil Texnologiyaları Mərkəzində kimya fənni üzrə seçim imtahanı keçiriləcək. İmtahanın nəticələrinə əsasən bu fənn üzrə növbəti hazırlıq və seçim mərhələlərinə cəlb olunacaq şagirdlər müəyyənləşdiriləcək.
İmtahanda 2025–2026-cı tədris ili üzrə Respublika Fənn Olimpiadasının (RFO) kimya fənni üzrə final turunda iştirak etmiş şagirdlər iştirak edə bilərlər.
📅 Tarix: 11 oktyabr 2026-cı il
⏰ İmtahanın başlanma vaxtı: 10:00
📍 Ünvan: Təhsil Texnologiyaları Mərkəzi, Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski küçəsi 109
İştirakçıların ən gec saat 09:30-da imtahan mərkəzində olmaları xahiş olunur.
Şagirdlər imtahana gələrkən özləri ilə şəxsiyyət vəsiqəsi və kalkulyator gətirməlidirlər.