Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar

Tarix: 06.10.2026
Paylaş:

 

25 sentyabr – 5 oktyabr 2026-cı il tarixlərində Vyetnamın Hanoy şəhərində keçirilən Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) Azərbaycan məktəbliləri 3 bürünc medal qazanıb.

Bürünc medalçılarımız:

Ərtoğrul Məhərrəmli — Bakı şəhər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi 

Mehdi Qasımlı — Bakı şəhər Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi 

Orxan Tağıyev — Bakı şəhəri fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin X sinif şagirdi 

Bununla yanaşı, Orxan Tağıyev komanda yarışında da qalib olub.

Qeyd edək ki, komandamızın Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı ölkə üzrə keçirilən Azərbaycan Astronomiya Olimpiadasının nəticələri əsasında formalaşır.

Məktəblilərimizi təbrik edirik!