Gənc tədqiqatçılara və doktorantlara elmi-tədqiqat fəaliyyətlərində dəstək göstərmək məqsədilə ARTİ-nin Təhsildə tətbiqi tədqiqatlar şöbəsi tərəfindən “Populyasiya və nümunə kütlə” mövzusunda təqdimat sənədi hazırlanıb.
Təqdimat tədqiqatın məqsədinə uyğun olaraq populyasiyanın müəyyənləşdirilməsi, nümunə kütlənin seçilməsi və nümunə kütlənin miqyasının müəyyənləşdirilməsi kimi mühüm məsələlər üzrə suallara cavab tapmağa kömək edəcək.
Bu təşəbbüsün əsas məqsədi tədqiqata yeni başlayan tədqiqatçılara populyasiya və nümunə kütlənin düzgün müəyyənləşdirilməsi ilə bağlı metodoloji istiqamət verməkdir.
Təqdimatla tanış olmaq üçün aşağıdakı keçidə daxil ola bilərsiniz: