Oktyabrın 19-da Yeni Azərbaycan Partiyası Səbail rayonu “Zərifə Əliyeva, 96” Ərazi Partiya Təşkilatının (ƏPT) növbəti iclası keçirilib.
Tədbirdə ƏPT-nin sədri İlham Cavadov məruzə ilə çıxış edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələri partiya üzvlərinin diqqətinə çatdırıb. Tədbir partiya fəallarının müzakirəsi ilə davam edib.