Təhsil İnstitutu tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 22 oktyabr saat 15:00-da “Sərbəst fəaliyyət və fəaliyyətlərarası keçidlər” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Özbəkistan Milli Pedaqoji Universitetinin müstəqil tədqiqatçısı, məktəbəqədər təhsil üzrə mütəxəssis Səbinə Rəhimova və Bakı şəhəri 349 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Gülnar Əliyeva çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.