Təhsil İnstitutu tərəfindən dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə dəstək məqsədilə 30 oktyabr saat 12:00-da “Açıq hava oyunlarının təşkili və metodikası” mövzusunda vebinar keçiriləcək.
Vebinarda spiker qismində Özbəkistan Milli Pedaqoji Universitetinin müstəqil tədqiqatçısı, məktəbəqədər təhsil üzrə mütəxəssis Səbinə Rəhimova və Bakı şəhəri 161 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nərgiz Zeynalova çıxış edəcəklər.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.