Fətəli xan Xoyskinin 150 illiyinə həsr olunmuş silsilə tədbirlərin yekun seminarı keçirilib

Tarix: 05.11.2026
Paylaş:

Noyabrın 5-də Bakıdakı 45 saylı tam orta məktəbdə görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyskinin anadan olmasının 150 illiyinə həsr olunmuş silsilə maarifləndirici tədbirlərin sonuncu seminarı baş tutub. Tədbir müstəqil dövlətçilik tariximizin təbliği, gənc nəslin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması və Cümhuriyyət qurucularının irsinin öyrənilməsi məqsədilə təşkil edilib.

Seminarda Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) əməkdaşları – pedaqogika elmləri doktoru, professor İntiqam Cəbrayılov, filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova və pedaqogika üzrə fəlsəfə doktoru Lalə Əsədova çıxış ediblər.

Çıxışlarda Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixindən və həmin dövrdə ölkənin üzləşdiyi mürəkkəb geosiyasi və tarixi şəraitdən bəhs olunub. Xüsusilə Cümhuriyyətin memarlarından biri olan Fətəli xan Xoyskinin zəngin siyasi və ictimai fəaliyyəti, ölkəmizdə işlək hüquqi dövlət mexanizminin, idarəetmə aparatının və milli təhsil sisteminin qurulmasındakı müstəsna xidmətləri şagirdlərin diqqətinə çatdırılıb.

Tədbirin sonunda ARTİ əməkdaşları tərəfindən şagirdlərin sualları geniş şəkildə cavablandırılıb, maraqlı müzakirələr aparılıb.