ARTİ İnformatika fənni üzrə mentor vakansiyası elan edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu İnformatika fənni üzrə mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
- Seçilmiş məktəblərdə İnformatika fənninin əhəmiyyəti barədə təqdimatların edilməsi;
- İnformatika fənni üzrə dərslərin dinlənilməsi, qiymətləndirilməsi və rəy verilməsi;
- Şagirdlərin biliklərinin qiymətləndirilməsi və müqayisəli təhlili;
- Nümunəvi dərslərin hazırlanması və təqdimatı;
- Hazırlanmış kurikulum və metodiki vəsaitin tətbiqi üçün mütəmadi dəstəyin verilməsi.
Tələblər:
- Kompüter elmləri/ “İnformatika müəllimliyi” üzrə ixtisas dərəcəsi;
- Minimum 3 illik pedaqoji təcrübə;
- Python proqramlaşdırma dilində işləmə və tədris bacarığı;
- Xarici dil (İngilis dili) biliyi.
Qeyd edilən tələblərə uyğun gələn şəxslərdən CV-lərini u.zaidzade@arti.edu.az elektron poçt ünvanına “İnformatika üzrə mentor” başlığı altında göndərməyiniz xahiş olunur.
Yuxarıda göstərilən tələblərə malik olan şəxslər müsabiqəyə dəvət olunacaqlar. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə ödənişli əsaslarla əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır.
Müraciət üçün son tarix: 20 avqust 2019-cu il.