Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmrinə əsasən, təhsil sahəsində səmərəli fəaliyyətlərinə, peşəkarlıqlarına, təhsilin inkişafına verdikləri töhfələrə görə və 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Təhsil İnstitutunun metodist və aparıcı metodistləri təltif ediliblər.
“Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunublar:
1. Ülkər Rəsulova – Abşeron-Xızı Regional Təhsil İdarəsi, Sumqayıt şəhəri Həzi Aslanov adına 22 nömrəli tam orta ümumtəhsil məktəbinin metodisti;
2. Orxan Kamallı – Dağlıq Şirvan Regional Təhsil İdarəsi, İsmayıllı rayonu Lahıc qəsəbə tam orta ümumtəhsil məktəbinin metodisti.
“Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar:
1. Çinarə Abuzərova – Dağlıq Şirvan Regional Təhsil İdarəsi, Qobustan şəhəri A.Çernyayevski adına 1 №-li tam orta ümumtəhsil məktəbin metodisti;
2. Səfura Əliyeva – Quba-Xaçmaz Regional Təhsil İdarəsi, Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin metodisti;
3. Şahnaz Həşimli – Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Səbail rayonu 329 nömrəli tam orta ümumtəhsil məktəbinin metodisti;
4. Elnarə Qurbanzadə – Abşeron-Xızı Regional Təhsil İdarəsinin aparıcı metodisti;
5. Şəhanə Xəlilova – Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin aparıcı metodisti;
6. Gübay Əbilova – Şirvan-Salyan Regional Təhsil İdarəsinin aparıcı metodisti.