Bu dəfə MİP təqdim edilən növbəti məktəb 173 nömrəli tam orta məktəb olub. 8 iyun tarixində məktəb rəhbərliyi və müəllim kollektivi ilə görüş keçirilib və məktəbin inkişaf planı görüş iştirakçılarına təqdim olunub.
Nəzərinizə çatdıraq ki, Məktəbin inkişaf planı TKTA-nın inspeksiya hesabatı əsasında hazırlanır. Hesabata əsasən məktəblərə metodik dəstəyin göstərilməsi, həmçinin Məktəbin inkişaf planının (MİP) hazırlanması nəzərdə tutulur.
173 nömrəli tam orta məktəbin 12 yanvar 2022-ci il tarixində keçirilən inspeksiya nəticələrinə əsasən MDPİM əməkdaşları mütəmadi olaraq adıçəkilən məktəbdə dərsdinləmələr təşkil edib, müxtəlif təlim və seminarlar keçirib, eyni zamanda MİP-in reallaşdırılması istiqamətində bir sıra təklifləri müzakirə ediblər.