Azərbaycan Respublikası Təhsil İnstitutunun doktoranturasına ixtisas fənnindən qəbul imtahanları baş tutub

Tarix: 12.04.2021
Paylaş:

6 və 9 aprel 2021-ci il tarixlərində Azərbaycan Respublikası Təhsil İnstitutunun (ARTİ) doktoranturasına ixtisas fənnindən qəbul imtahanları baş tutub. Qəbul imtahanları Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisasları üzrə həyata keçirilib.

Fəlsəfə doktoru proqramının Pedaqoji psixologiya ixtisası üzrə 1, Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası ixtisası üzrə 1, Təhsilin təşkili və planlaşdırılması ixtisası üzrə 4, Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə 4, elmlər doktoru proqramının Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi ixtisası üzrə isə 1 nəfər iddiaçı müsahibədə müvəffəqiyyət əldə edib.

Nəzərinizə çatdıraq ki, 2020/2021-ci tədris ilində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş doktorantura və dissertanturaya qəbul imtahanlarında xarici dil (İngilis dili) fənnindən ölkə üzrə ən yüksək bal toplamış 3 nəfər (45 bal, 44.5 bal, 40 bal)  doktorantura təhsili almaq üçün sənədlərini ARTİ-yə təqdim edib.

ARTİ-də hal-hazırda fəlsəfə doktoru proqramı üzrə 22 doktorant, 11 dissertant olmaqla cəmi 33 nəfər təhsil alır. Təhsil İnstitutunun Fəlsəfə doktoru və Elmlər doktoru proqramı üzrə Təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, Təhsilin təşkili və planlaşdırılması, Ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, Korreksiya pedaqogikası, Anormal psixologiya, Pedaqoji psixologiya, Ümumi psixologiya ixtisasları mövcuddur.

Qeyd edək ki, ARTİ-nin fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə 12 nəfər doktorant və dissertant son beş ildə müxtəlif fəxri ad, orden və medallarla, həmçinin “İlin müəllimi” adı ilə təltif olunublar.