Azərbaycan Respublikası Təhsil İnstitutunun tərəfdaşlığı ilə 21-23 aprel, 2021-ci il tarixlərində Azərbaycan ali təhsil sistemində onlayn təhsilə töhfə vermək məqsədilə “Azərbaycan ali təhsil müəssisələrində onlayn tədris prosesinin monitorinqi və qiymətləndirilməsi” mövzusunda TAIEX (Avropa İttifaqının texniki yardım və informasiya mübadiləsi aləti) təlimləri baş tutacaq. Bu təlimlərin əsas məqsədi Azərbaycanın ali təhsil müəssisələrində onlayn təhsilin keyfiyyətini (dərslərin təşkili, məzmunu, qiymətləndirilməsi və s.) artırmaqdan ibarətdir.
Təlimlərdə spiker qismində Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyinin qiymətləndirmə direktoru vəzifəsində çalışan xanım Liia Lauri və Kataloniya Universitetinin Keyfiyyət Təminatı Agentliyində Keyfiyyət Təminatı şöbəsinin müdiri Dr. Esther Huertas Hidalgo çıxış edəcək.
Qeyd edək ki, təlimlərdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Təhsildə Keyfiyyət Təminatı Agentliyi və Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrinin nümayəndələri iştirak edəcək.