ARTİ təhsil işçilərini “Formativ qiymətləndirmənin təşkili üsulları” adlı iki günlük ödənişsiz seminara dəvət edir.
Azərbaycan Respublikasının Təhsil İnstitutu paytaxt və regionlarda yerləşən ümumtəhsil məktəblərində çalışan təhsil işçilərini “Formativ qiymətləndirmənin təşkili üsulları” adlı iki günlük ödənişsiz seminara dəvət edir.
Qeydiyyat başa çatıb!
Seminar zamanı:
- formativ qiymətləndirmənin şagirdin özünün zəif və güclü tərəflərini müəyyən etməsinə təsiri;
- düzgün qiymətləndirmə strategiyasının seçilməsi;
- formativ qiymətləndirmə vasitəsilə şagirdlərdə davamlı motivasiyanın yaradılması və aktiv fəaliyyətə təhrik edilməsi;
- səmərəli və daimi müəllim – şagird ünsiyyətinin təmin edilməsinə formativ qiymətləndirmənin təsiri;
- növbəti dərslərin planlaşdırılmasında, müvafiq strategiya və tapşırıqların seçilməsində formativ qiymətləndirmənin əhəmiyyəti;
- dərsin müxtəlif mərhələlərinə müvafiq formativ qiymətləndirmə strategiyalarının seçilməsi təlim nəticələrinin inkişafına müsbət təsiri, və s. məsələr müzakirə ediləcək.
Qeydiyyat başa çatıb!
Seminarın tarixi: 26-27 oktyabr 2018-ci il
Seminarın keçirilmə saatı: 15:00 – 17:00
Ünvan: Bakı ş., A.Cəlilov 86. Azərbaycan Respublikasının Təhsil İnstitutu
Əlaqə nömrəsi: 055 505 48 82 (saat 9:00-18:00 arası əlaqə saxlamaq olar)