“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan mentorlar üçün təlimlər keçirilib

Tarix: 17.03.2021
Paylaş:

2-4 və 9-11 mart 2021-ci il tarixləri aralığında Azərbaycan Respublikası Təhsil İnstitutunun “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsində çalışan mentorlar üçün təlimlər keçirilib. 3 günlük təlimlər “STEAM Azerbaijan” layihəsi tərəfindən təşkil olunub.

Təlimlərin keçirilməsində əsas məqsəd STEAM layihəsinin məktəbəqədər təhsildə tətbiq oluna biləcək tədris komponentlərinin mentorlar vasitəsilə tərbiyəçi-müəllimlərə çatdırılmasıdır. Gündəlik 4 saata yaxın davam edən təlim proqramına “STEAM nədir?”, “Metodologiyalar”, “Biomimikri”, “Elm”, “Aerodinamika” və “Hidravlika” kimi mövzular daxil edilib.

Qeyd edək ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” və “STEAM Azerbaijan” layihələri arasında başlanan əməkdaşlığın davamlı olacağı planlaşdırılır.

Təlimlər ilə bağlı hazırlanmış videoçarxı burada izləyə bilərsiniz: https://bit.ly/3qOqx3O