Təhsil İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birlikdə tələbələr üçün ən müasir STEAM dərslərin keçirilməsinə görə əməkdaşlıq edəcəklər. Yeni dövr peşə hazırlıqları üçün Təhsil İnstitutunun STEAM Azərbaycan layihəsi tərəfindən hazırlanmış modullar ADPU-nin Fizika fakültəsinin 4-cü kurs tələbələrinə 48 akademik saatlıq pilot təlimlər şəklində tədris olunacaq. Təlim STEAM metodologiyaları (PBL, İBL, Mobile learning və s.), mühəndislik modulları (Mexanika, Ekologiya, Elektrik, Aerokosmik), bir platalı platformalarda kodlaşdırma (Mikrobit, Arduino), rəqəmsal incəsənət, 3D modelləşdirmə və dizayn (3D Printer, CNC cihazlar), aerodinamika və uçan aparatlar (Dron texnologiyaları, kodlaşdırma), robotexnika (Lego, EV3, Robotis), Nanotexnologiya/Biotexnologiya kimi modulları özündə birləşdirəcək və STEAM Azərbaycan mütəxəssisləri tərəfindən həyata keçiriləcək.
Təhsil İnstitutu gələcək peşələrə hazırlıq baxımından yeni kurikulumların işlənib hazırlanması və tətbiqi baxımından ali təhsil müəsisələri ilə birlikdə əməkdaşlığa davam edəcəkdir.