Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Azərbaycan Respublikası Təhsil İnstitutunun UNİCEF ilə əməkdaşlıq çərçivəsində Təhsil İnstitutu tərəfindən “Distant tədrisin təşkili” mövzusunda təlimlər keçirilir. Təlimlər ölkə üzrə distant formada tədris aparan müəllimlərin bilik və bacarıqlarının artırılması istiqamətində pedaqoji kadrların təkmilləşdirilməsinə xidmət edir.
UNİCEF-in maliyyə dəstəyi ilə həyata keçirilən təlimlər zamanı müəllimlər aşağıdakı mövzular üzrə bilik və praktiki bacarıqlara yiyələniblər:
1. “Virtual məktəb” platforması ilə tanışlıq;
2. Distant təhsil modeli;
3. Distant dərsin resurslarla təminatı;
4. Virtual məktəbə inteqrasiya olunan əlavə alətlər;
5. Virtual dərslərdə qiymətləndirmə mexanizmi və alətləri.
Eyni zamanda müəllimlər distant dərsin mərhələləri, dərslərdə psixoloji mühit, müsbət emosional abu-hava yaratmağın müxtəlif və əyləncəli yolları ilə tanış olublar. Təlimlərdə müəllimlər üçün maraq doğuracaq mövzulardan olan MS Teamsdə tapşırıqların hazırlanması və qiymətləndirmə məsələlərinə də aydınlıq gətirilib.
Qeyd edək ki, 12 akademik saatlıq proqram çərçivəsində ölkə üzrə müxtəlif fənn müəllimlərinin “Distant təhsilin təşkili, e-təhsil resursları və alətləri” mövzusunda təlimlərə cəlb olunması nəzərdə tutulub.