“Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi çərçivəsində modul və təlim materialı hazırlanıb

Tarix: 26.11.2020
Paylaş:

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və Təhsil İnstitutunun iştirakı ilə həyata keçirilən Avropa İttifaqının “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” texniki yardım layihəsi çərçivəsində 12 ixtisas üzrə 39 modul və 2 təlim materialı hazırlanmışdır. Modulların elektron versiyası layihə çərçivəsində yaradılmış kvalifikasiya.az internet səhifəsində yerləşdirilmişdir.