Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi layihəsi

Tarix: 06.10.2020
Paylaş:

Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin mart ayından etibarən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi müəyyən aralıqlarla dayandırılmış və bununla bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Təhsilin tempi, uşaqların təhlükəsizliyi, rifahı və gələcəyini qorumaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinin və YUNİSEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” adlı layihənin tətbiqinə başlamışdır.

Layihə çərçivəsində müxtəlif materiallar hazırlanaraq Təhsil İnsitutunun saytında “Pandemiya dövrü üçün ümumi təhsil pilləsinə aid resurslar” bölməsində yerləşdirilmişdir.

Layihənin birinci mərhələsində məktəb rəhbərliyi, müəllimlər və valideynlərin istifadəsı üçün aşağıdakı materiallar hazırlanmışdır:

1. Şagirdlərin öyrənməsini artırmaq üçün tövsiyələr – 25 strategiyanı əhatə edən tövsiyələr;

2. Müəllimə dəstəyinin artırılması ilə bağlı tövsiyələr – Bu fəaliyyət üzrə aşağıdakı məhsullar hazırlanmışdır:

a. “Müəllimlərə dəstək strategiyaları” adlı təqdimat;

b. İllik planlaşdırmaların hazırlanmasına dair metodik göstərişlər;

c. İllik planlaşdırma nümunələri;

d. Distant təhsil barədə metodiki göstərişlər və dərs nümunələri;

3. Effektiv məktəb fəaliyyəti üçün tövsiyələr (məktəblərin açılması, davamiyyətin monitorinqi, xəstəlik və yoluxma hallarının idarə olunması, məktəb fəaliyyəti, məktəbdən çıxmanın qarşısının alınması);

4. Qiymətləndirmə üzrə tövsiyələr – metodik göstəriş və müxtəlif fənlərə aid qiymətləndirmə nümunələri təqdim edilmişdir;

5. Distant dərsin qiymətləndirilməsi üçün meyarlar;

6. Fərdi öyrənmə trayektoriyasına dair tövsiyə;

7. Məktəbəqədər yaşlı uşaqlar üçün video dərslərin çəkilməsi və yerli telekanallar, sosial media və Təhsil Nazirliyinin onlayn təlim platformalarında yayımlanması – Bu fəaliyyət üzrə 24 video çəkilmiş və TV, sosial şəbəkələr, habelə “ilk5il” portalı vasitəsilə yayımlanmışdır.

Layihə çərçivəsində Təhsil İnstitutunun internet səhifəsində yaradılan bölmə barədə bütün yerli təhsili idarəetmə orqanlarına və ümumi təhsil müəssisələrinə məlumat verilmişdir.