2008-ci ildən etibarən yayımlanan “Kurikulum” elmi-metodik jurnalında dərc edilmiş məqalələr proqrama daxil olunan mövzulara uyğun olaraq seçiləcək və mütəmadi olaraq yenilənəcək.
Qeyd edək ki, “Kurikulum” jurnalında təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, qiymətləndirmə mexanizmləri ilə bağlı məqalələr dərc olunur.
Məqalələrlə linkə daxil olaraq tanış ola bilərsiniz:
Fənn kurikulumlarında məzmun standartları
Şagird nailiyyətlərinin qiymətləndirilməsi
Yeni kurikulumların səciyyəvi xüsusiyyətləri