Təhsil İnstitutunda təhsil işçiləri üçün növbəti seminar keçirilib

Tarix: 30.11.2018
Paylaş:

Noyabrın 30-da Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) təhsil işçiləri üçün növbəti seminar təşkil edilib.

“Müəllimin əqli mülkiyyəti onun pedaqoji potensialıdır” adlı seminarı Təhsil İnstitutunun Təhsil nəzəriyyəsi şöbəsinin müdiri, pedaqogika  üzrə elmlər doktoru, professor İntiqam Cəbrayılov keçib.

Seminar iştirakçılarına əqli mülkiyyətin növləri, müəllimim əqli mülkiyyətinin formalaşması yolları, əqli mülkiyyət və yaradıcı dərs və s. haqqında məlumatlar verilib. İ.Cəbrayılovun müəllif hüquqları və onun qanuni əsasları, patent hüququ  və qeyri-ənənəvi əqli mülkiyyət hüququ haqqında veridiyi məlumatlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.

Qeyd edək ki, bü cür seminarların mütəmadi olaraq ilin sonuna qədər təşkil edilməsi nəzərdə tutulur.