Noyabrın 1-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) təhsil işçiləri üçün növbəti seminar keçirilib.
“İnnovativ pedaqoji texnologiyalar” adlı seminarın aparıcısı ARTİ-nin direktor müavini, pedaqoji elmlər doktoru Ənvər Abbasov olub.
Ə.Abbasov seminarda təhsil, təlim və pedaqoji texnologiyalar, onların qarşılıqlı əlaqəsi və fərqləri, pedaqoji texnologiyaların prinsipləri və s. haqqında məlumat verib. Xüsusən də şagird – müəllim arasında yaranması vacib olan pedaqoji ünsiyyətin mahiyyəti, vəzifələri, reallaşdırma üsulları, pedaqoji konfliktin yaradılmasının təlimdə zəruriliyi və şagird fəaliyyətinin məhsuldarlığına müsbət təsiri haqqında söylənən fikirlər iştirakçıların böyük marağına səbəb oldu.
Qeyd edək ki, bü cür seminarların ilin sonuna qədər mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.