Təhsil işçiləri üçün iki günlük seminar keçirilib

Tarix: 27.10.2018
Paylaş:

Oktyabrın 26-27-də Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) təhsil işçiləri üçün iki günlük seminar keçirilib.

“Formativ qiymətləndirmənin təşkili üsulları” adlı iki günlük seminarda paytaxt və regionlarda yerləşən ümumtəhsil məktəblərində çalışan təhsil işçiləri iştirak ediblər. Seminar zamanı aşağıdakı suallara cavab tapmaq məqsədilə diskussiyalar aparılıb:

Seminarın gedişatında iştirakçılar müxtəlif fəaliyyətlərə cəlb edilərək yeni strategiyaları sınaqdan keçirib, tətbiq zamanı yaranan suallara cavab tapmağa çalışıblar.

Qeyd edək ki, bü cür seminarların ilin sonuna qədər mütəmadi olaraq təşkil edilməsi nəzərdə tutulur.