“Öyrənək və öyrədək!” layihəsinin icrasına başlanılıb

Tarix: 11.12.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Öyrənək və öyrədək!” adlı ibtidai sinif müəllimlərinin İKT bacarıqlarının artırılması layihəsinin icrasına başlanılıb.

Layihənin məqsədi ibtidai siniflərdə dərs deyən müəllimlər üçün İKT sahəsində bilik və bacarıqların artırılması istiqamətində təlimlərin təşkil edilməsidir.

Layihə Quba rayonunun Talabıqışlaq və Qəçrəş kəndlərində dəsr deyən ibtidai sinif müəllimlərini əhatə edir. Layihə çərçivəsində hər məktəbdən 10 nəfər ibtidai sinif müəllimi və ibtidai siniflərdə dərs deyən fənn müəllimlərnin iştirakı ilə ekspertlər tərəfindən təlimlər keçirilməsi nəzərdə tutulub.

Artıq Quba rayonu Qəçrəş kənd kənd tam orta məktəbində təlimlər yekunlaşıb. Ekspert Mülkü Babaxanov tərəfindən təşkil olunan təlimlərdə müəllimlərə Pover Point və Makromedia Flaş proqramlarında təqdimatların, elektorn resusrsların hazırlanması, Təhsil Nazirliyi tərəfindən yaradılan www.e-derslik.edu.az və www.e-test.edu.az portallarından, eləcə də elektron lövhədən istifadə qaydaları öyrədilib. Təlimlərə 10 nəfər müəllim cəlb edilib.

Layihə çərçivəsində növbəti təlimin Quba rayonunun Talabıqışlaq kəndində keçirilməsi nəzərdə tutulub.

Aygün Mövlanovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.