Şabranda istedadlı uşaqlarla bağlı layihə öz işini davam etdirir.

Tarix: 28.11.2017
Paylaş:

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad  edilməsi” layihəsi çərçivəsində işlər davam edir.

Noyabr ayında layihə çərçivəsində növbəti   təlim və seminarlar  keçirilib.

Psixoloq E. Bəylərov psiхоdiаqnоstik mеtоdlаr, еkspеrimеntаl yоllа sınaq və tеstlər vаsitəsilə məktəblilərin ümumi intеllеkt səviyyələrini izləmək və istedadlı uşaqları  аşkаrlаmaq, istedadlı uşaqların ümumi intеllеkt səviyyələrinin müəyyənləşdirilməsi üçün tеst sınаqlаrı kеçirmək və nəticələri onların cаri аkаdеmik uğurlаrı ilə kоrrеlyаsiyа səviyyəsini аrаşdırmаğa aid olan məsləhətlər verdi. Təlimdə uşaqlarla yanaşı  müəllimlər və valideynlər də iştirak ediblər.

Təlimçi  A. Dadaşova və F. Beydullayevanın təqdim etdiyi  “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələrə istinad” adlı  dolğun və yaradıcı təqdimat layihənin icrası müddətində istifadə edilməkdədir.

Layihənin ekspertləri H.Əhmədov və  M. Həmidov vaxtaşırı müəllim və şagird kollektivləri ilə  əlaqə saxlayır, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad  edilməsi sahəsində onlara  məsləhət verirlər.

Layihə rəhbərliyi iki nəfər istedadlı şagird ilə birgə “Gənc İstedadlar”  liseyində Elmi Ekspertiza Komitəsi  və Təşkilat komitəsinin üzvləri ilə görüşdə iştirak ediblər.

ADPU-nın Quba filialında lahiyə ilə bağlı birinci elmi konfrans keçirilib. Bu konfransda Universitetin əməkdaşları ilə yanaşı orta məktəb müəllim və şagirdləri də iştirak ediblər.  Məqsəd istedadlı uşaqlar ilə görülən işləri universitet əməkdaşları və orta məktəb müəllimləri ilə bölüşmək və yenilikləri öyrənmək olub.

Şabran şəhər Tofiq  Abbasov adına 1 nömrəli     tam orta məktəbdə  “Kitablar və mən” adlı esse – yazı müsabiqəsi keçirilib.  Müsabiqədə şəhər məktəbliləri ilə yanaşı  Uzunboyad, Dağbilici kənd tam orta məktəblərinin şagirdləri də iştirak edib. Məqsəd  şagirdlərin elmi və məlumatlılıq səviyyəsini artırmaq olub. Əməkdaşlıq şəraitində keçən müsabiqənin sonunda bütün şagirdlərə TN-nin sertifikatları, fərqlənənlərə isə  fəxri fərmanlar verilib.

Dekabr ayında Şabran şəhər Tofiq  Abbasov adına 1 nömrəli tam orta məktəbdə yekunlaşması nəzərdə tutulan layihədə 50 nəfər istedadlının iştirakı gözlənilir.

Layihə Şabran rayonunun şəhər və kənd məktəblərinin şagirdlərini əhatə edir.

Şabran şəhəri Tofiq  Abbasov adına 1 nömrəli tam orta məktəbin müəllimi Şəfəq Fazilovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.