“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İngilis dilində danışıq və sinifdənxaric oxu klubları” layihəsi çərçivəsində şagirdlərə növbəti təlim keçirilib.
11 noyabrda layihə çərçivəsində keçirilən növbəti təlimdə şagirdlər 4 fərqli suala ingilis dilində cavab veriblər. Onlar hər suala təşkilatçı, optimist, pevsimist, utopik, romantik, realist və s. xarakterləri təmsilən fərqli mövqelərdən çıxış etməklə xakterlərinə uyğun cavablar verməklə mövqelərini bilidiriblər.
Təlimin məqsədi şagirdlərdə hadisələrə müxtəlif nöqteyi-nəzərdən yanaşma hisslərini inkişaf etdirərək onlarda müqayisə etməklə məntiqi təfəkkür və mənfi-müsbət xüsusiyyətləri seçməklə tənqidi təfəkkürlərini, eyni zamanda öz düşüncələrini bildirərək yaradıcı təfəkkürlərini inkişaf etdirmək olub.
Layihə çərçivəsində növbəti təlimin 18 noyabrda keçirilməsi nəzərdə tutulub. Təlimin mövzusu dünyaca məşhur dramaturq U. Şekspir yaradıcılığı olacaq.
Qeyd edək ki, layihənin təqdimatı və ilk təlim 28 oktyabrda Qazax şəhəri 3 saylı tam orta məktəbdə baş tutub.
Layihənin əsas məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlər hesabına şagirdlərin ingilis dilində oxu və danışıq bacarıqlarını təhkmilləşdirmək, Qazax rayonunun yeniyetmə və gəncləri arasında ingilis dilinin inkişafına təkan verməkdir.
Qazax şəhəri 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.