Noyabrın 3-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə keçirilən təlimdə müxtəlif məktəblərdən olan müəllimlər iştirak ediblər. Təlimi giriş sözü ilə açan layihə rəhbəri Surə Mehdiyeva layihə haqqında geniş məlumat verib. O, qeyd edib ki, layihənin əsas məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bcarıqlarının artırlmasını, yerli və beynəlxalaq layihələrlə işləmək bacarığının aşılanmasını təmin etməkdən ibarətdir.
Sonra təlimdə ağıllı lövhənin imkanlarından bəhs olunub. Təlimi İsmayıllı şəhər 1 saylı tam orta məktəbin biologiya fənnini tədris edən Babayeva Leyla aparıb. Təlim zamanı müəllimlər maraqlı resurslar hazırlayıblar.
Layihə çərçivəsində 300 müəllimə təlim keçirilməsi nəzərdə tutulub.
İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyevanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.