10-18 iyul 2022-ci il tarixlərində İsveçrədə (onlayn) Beynəlxalq Fizika Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 2 bürünc və 1 “Həvəsləndirici Mükafat” qazanıb.
Belə ki, TN-nin birbaşa tabeliyində olan Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Eşqin Alıyev bürünc, TN-nin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Sadiq Sadıxzadə bürünc, BDU-nun nəzdində “Gənc İstedadlar” liseyinin XI sinif şagirdi Rəfsan Həbibullayev həvəsləndirici mükafat əldə edib.
Məktəblilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!