ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 19 iyul tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Həndəsə. Statistika və ehtimal” mövzusunda keçiriləcək.
Vebinarda spiker qismində Bakı şəhəri İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyinin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi Xumara Ağacanova çıxış edəcək.
Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.