63-cü Beynəlxalq Riyaziyyat Olimpiadasında qazanılan uğur

Tarix: 15.07.2022
Paylaş:

6-16 iyul 2022-ci il tarixlərində Norveçin paytaxtı Oslo şəhərində 63-cü Beynəlxalq Riyaziyyat Olimpiadası təşkil edilib. Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 gümüş, 4 bürünc və 1 “Həvəsləndirici Mükafat” qazanıb.

Belə ki, TN-nin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin XI sinif şagirdləri Toğrul Abbasov gümüş medal, Amin Cəfərzadə bürünc medal, həmçinin həmin liseyin X sinif şagirdləri Fidan Qarayeva və Cəlil Hüseynov bürünc medal, Bakı şəhəri, 2 nömrəli texniki-humanitar liseyin XI sinif şagirdi Elçin Musazadə bürünc medal, Bakı şəhəri, 72 nömrəli tam orta məktəbin XI sinif şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat əldə edib.

Məktəblilərimizi təbrik edir, onlara uğurlar arzulayırıq!