“Morfologiya” mövzusunda vebinar keçiriləcək

Tarix: 13.07.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir. 

Növbəti vebinar 15 iyul tarixində saat 16:00-da ibtidai sinif rus bölməsi üzrə “Morfologiya“ mövzusunda keçiriləcək.

Vebinarda spiker qismində Bakı şəhəri T. Həsənov adına 23 N-li tam orta məktəbin ibtidai sinif müəllimi, qabaqcıl təhsil işçisi, “Məktəbə hazırlıq”, 1,2,3 və 4-cü siniflər üçün “Rus dili” dərslik komplektlərinin həmmüəllifi Bela Nuriyeva çıxış edəcək.

Vebinarın keçirilməsində əsas məqsəd morfologiya bölməsinə aid sualların izah olunmasıdır.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.