“Altstandartlardan təlim nəticələrinin çıxarılması” mövzusunda vebinar keçiriləcək

Tarix: 06.07.2022
Paylaş:

ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.

Növbəti vebinar 8 iyul 2022-ci il tarixində, saat 15:00-da “Altstandartlardan təlim nəticələrinin çıxarılması” mövzusunda keçiriləcək. 

Vebinarda spiker qismində MDPİM-in Əlaqələndirmə şöbəsinin müdiri Aynur Rüstəmova çıxış edəcək.

Vebinarın əsas məqsədi müəllimlərin  səmərəli perspektiv və gündəlik planlaşma bacarıqlarının inkişaf etdirilməsidir.

Qeyd edək ki, vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.