İbtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər başa çatıb

Tarix: 06.07.2022
Paylaş:

ARTİ MDPİM tərəfindən MİP təqdim olunmuş 10 tam orta məktəbin ibtidai sinif müəllimləri üçün təşkil edilən təlimlər 30 iyun tarixində başa çatıb.

Təlimlər 16-30 iyun tarixində müxtəlif məzmunda olmaqla, 38, 75, 173, 227, 301, 178, 154, 35, 18, 51 nömrəli tam orta məktəblərin ibtidai sinif müəllimləri üçün keçirilib.

Təlimlərin məqsədi ibtidai sinif müəllimlərinin təlim ehtiyaclarına uyğun olaraq onlara metodik dəstəyin göstərilməsi, Azərbaycan dili, riyaziyyat fənləri, metodika və pedaqogika istiqamətində müəllimlərin yeni metod və yanaşmalarla tanış olaraq bilik və bacarıqlarının artırılmasıdır. 

Təlimlərdə “Oxuyub anlama bacarıqlarının artırlması”, “Azərbaycan dili dərslərində kommunikativ bacarıqların inkişafı”, “Müxtəlif tipli məsələlərin həlli”, “Sinfin idarə olunması”, “Pedaqogika və metodika”, “Dil qaydaları” mövzuları öz əksini tapıb, müəllimlərə Sertifikasiya imtahanına hazırlıq istiqamətində dəstək göstərilib.  Təlimçi qismində isə Bakı Avropa Liseyinin müəllimi Pərvinə Qədimova, MDPİM-in metodik xidmət şöbəsinin mütəxəssisi  Aynur Həşimova və  20 nömrəli məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini Gülüstan Vəliyeva iştirak ediblər. Təlim zamanı adıçəkilən mövzular üzrə müzakirələr aparılıb, müvafiq tapşırıqlara uyğun qrup işləri həyata keçirilib.