28 iyun-3 iyul tarixlərində Bosniya və Herseqovinanın Sarayevo şəhərində “Yeniyetmələrin 26-cı Balkan Riyaziyyat Olimpiadası” təşkil edilib. Sözügedən yarışda məktəblilərimiz uğurla çıxış edərək 2 gümüş, 3 bürünc medal qazanıblar. Belə ki, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Saleh Məmmədli gümüş, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Səid Bəkirov gümüş, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi İbrahim Kərimli bürünc, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Telman Məmmədov bürünc, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin IX sinif şagirdi Mirhəbib Əsgərov bürünc medal əldə ediblər.
Qeyd edək ki, şagirdlərimiz “Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası”nda 2010-cu ildən iştirak edir və bu günə kimi 3 qızıl, 21 gümüş, 25 bürünc medal olmaqla, ümumilikdə 49 medal qazanıblar.