Bir sıra dərslik komplekti gender nöqteyi-nəzərindən təhlil edilib

Tarix: 30.06.2022
Paylaş:

ARTİ və BMT-nin Əhali Fondunun (BMTƏF) birgə həyata keçirdiyi “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” adlı layihə çərçivəsində ARTİ tərəfindən hazırlanan və hazırda ümumi təhsil pilləsində tətbiq olunan bir sıra dərslik komplektinin məzmunu genderə həssas prizmadan təhlil edilib.

Ümumilikdə 7 dərslik komplekti (12 dərslik, 12 iş dəftəri və 10 metodik vəsait) gender bərabərliyinin təşviqi baxımından nəzərdən keçirilib:

Təhlilin əsas məqsədi adı çəkilən fənlər üzrə tədris və təlim materiallarında gender bərabərliyinin təşviq edilib-edilmədiyini müəyyənləşdirmək və buna maneə yaradan məqamlara gender nöqteyi-nəzərindən baxmaq olub. Məzmunda gender yönümlülüyün qiymətləndirilməsini aparmaq üçün mütəxəssislərdən ibarət işçi qrup tərəfindən UNESCO-nun müvafiq bələdçisi (“Guidelines for textbook review and analysis from a gender perspective”) əsasında metodologiya sənədi hazırlanıb. Qiymətləndirmə zamanı dərslik komplektlərində yer alan həm yazılı, həm də təsviri nümunələr gender, peşə, şəxsiyyət, ailədaxili və xarici, ata və ana rolları kimi istiqamətlər üzrə təhlil edilib.

Əldə olunan nəticələr əsasında irəli sürülən düzəliş və təkliflər hər vəsait üzrə yaradılan tövsiyə sənədində verilib. Mütəxəssislər tərəfindən hazırlanan tövsiyə sənədi seçilmiş dərsliklərin təkmilləşdirilməsi prosesində nəzərə alınması üçün Təhsil Nazirliyi və ARTİ-nin aidiyyatı struktur bölmələrinə təqdim olunacaq. Bundan əlavə, nəşriyyat evlərinin nümayəndələri və dərslik müəllifləri üçün məzmunda gender bərabərliyinin qorunması məqsədilə təlimlər təşkil ediləcək.

Qeyd edək ki, “Ümumi təhsildə gender yönümlü yanaşmanın təşviqi” layihəsi BMT-nin Əhali Fondunun maliyyə vəsaiti ilə icra edilir. Layihənin bir qismi həmçinin Avropa İttifaqının dəstəyi ilə BMT-nin Əhali Fondunun həyata keçirdiyi “Cənubi Qafqazda gender əsaslı cins seçimi və aidiyyəti zərərli təcrübələrin aradan qaldırılması” proqramı tərəfindən maliyyələşdirilir.