Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri elan edildi

Tarix: 04.05.2022
Paylaş:

24 aprel 2022-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi (KBRM) təşkil edilib. Müsabiqə 84 mərkəzdə 10000-ə yaxın şagirdin iştirakı ilə keçirilib. 

Şagirdlər imtahan nəticələrini ttm.edu.az saytı vasitəsilə şəxsi kabinetdən əldə edə bilərlər.

Qeyd edək ki , şagirdlərimiz müxtəlif beynəlxalq müsabiqə və olimpiadalarda iştirak edir, nailiyyətlər əldə edirlər. ARTİ “Kenquru” riyaziyyat müsabiqəsinin ölkədə keçirilməsi üçün bu müsabiqə üzrə fəaliyyət göstərən Beynəlxalq Komitədən razılıq əldə edib. Sözügedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.

Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.