Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunun növbəti məruzəçisi Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PISA üzrə koordinatoru Maye Kitsinqdir.
2001-ci ildən Estoniya Təhsil və Tədqiqat Nazirliyində müxtəlif vəzifələrdə – Monitorinq,, Ümumi təhsil şöbələrinin müdiri, Xarici Qiymətləndirmə Departamentinin məsləhətçisi və 2021-ci ildən Təhsil Liderliyi və Müəllim Siyasəti üzrə məsləhətçi kimi çalışıb.
Daha əvvəl M. Kitsinq 15 il məktəbdə müəllim və direktor, 7 il isə məktəb inspektoru vəzifəsində çalışıb. Son onillikdə xanım Kitsinq elmi tədqiqatlarla məşğul olub. Onun tədqiqat sahəsi təlim nəticələri ilə məktəblərin mikroiqlimi arasında qarşılıqlı əlaqədir.
Bu yaxınlarda Routledge nəşriyyatında Peeter Mehistonun ilə birlikdə yazdıqları”Estoniyanın təhsildə uğur hekayəsindən dərslər: PISA yolu ilə bərabərlik və yüksək uğurun tədqiqi” kitabı çap edilib.
Xatırladaq ki, Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üçün yerlər məhduddur. Çıxışlar Azərbaycan dilində tərcümə olunacaq.
Qeydiyyat üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh