Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunun növbəti məruzəçisi PISA-Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının baş analitiki Maryo Piaçentinidir.
Ölçmə üzrə mütəxəssis M. Piacentini İqtisadiyyat üzrə fəlsəfə doktorudur. PISA fəaliyyətindən öncə İƏİT-nin İctimai İdarəetmə və Statistika Direktorluğu, Cenevrə Universiteti, Dünya Bankı və İsveçrə İnkişaf Əməkdaşlıq Təşkilatında çalışıb.
M. Piacentini PISA Tədqiqat, İnkişaf və İnnovasiya Proqramı üzrə işlərə rəhbərlik edir, XXI əsrin səriştələrinin qiymətləndirilməsini hazırlamaq üçün beynəlxalq ekspert qrupları ilə işləyir. Əsas işi uğurlu təhsil sistemlərini müəyyən etmək üçün istifadə edilən ölçmə vasitələrini inkişaf etdirməkdir.
Qlobal Səriştəlilik (PISA 2018) və Yaradıcı Düşüncə (PISA 2022) qiymətləndirmə çərçivələrinin əsas müəllifidir. Hazırda Rəqəmsal Dünyada Öyrənmək üzrə PISA 2025 qiymətləndirməsinin hazırlanmasına, o cümlədən texnologiya dəstəkli formativ qiymətləndirmələr üzrə tədqiqat layihəsinə rəhbərlik edir.
Xatırladaq ki, Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumunda iştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Beynəlxalq sertifikat qeydiyyatı üçün yerlər məhduddur. Çıxışlar Azərbaycan dilində tərcümə olunacaq.
Qeydiyyat üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh