ARTİ müəllif müsabiqəsi elan edir

Tarix: 29.09.2022
Paylaş:

ARTİ ümumi təhsil müəssisələrinin V-IX sinifləri üçün Azərbaycan dili fənni üzrə tədris resurslarının (dərslik, iş dəftəri, müəllim üçün metodik vəsait və s.) hazırlanması üzrə müəllif müsabiqəsi elan edir.

 

Müsabiqədə iştirak etmək arzusunda olan namizədlərin aşağıdakı keyfiyyətləri olmalıdır: 

 

• İxtisas fənni üzrə dərin biliklər (elmi dərəcə, yüksək attestasiya nəticələri və s. təqdim edilə bilər); 
• Araşdırmaçılıq və təqdimat bacarıqları; 
• Yaradıcı və tənqidi düşünmə qabiliyyəti;
• Yüksək özünütəhsil vərdişləri; 
• Pedaqoji təcrübə; 
• Xarici dil (rus, yaxud ingilis dili) – ən azı oxuyub-anlama səviyyəsində; 
• Kompüter və İKT-dən istifadə bacarıqları;
• Fənn kurikulumu ilə tanışlıq;
• Təhsildə öndə gedən ölkələrin dərsliklərinin quruluş və öyrətmə yanaşmalarını təhlil edə bilmək bacarığı;
• Tədris resurslarının hazırlanması üzrə təcrübə (arzuolunandır).

 

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxs-lərdən  CV-lərini trm@arti.edu.az elektron poçt ünvanına “Müəllif” başlığı altında göndərmələri xahiş olunur. 

 

Zəruri keyfiyyətləri olan şəxslər müsabiqəyə dəvət olunacaq. Müsabiqə bir neçə mərhələdən ibarət olacaq və qaliblərlə əməkdaşlıq haqqında müqavilə bağlanacaqdır.