ARTİ-nin İnsan Resursları Mərkəzi Kommunikasiya və koordinasiya şöbəsinə böyük operator vəzifəsi üzrə işə qəbul elan edir.
Vəzifə öhdəlikləri:
– Müsabiqələr üzrə elektron ərizələrin yoxlanılması;
– Müvafiq yerli təhsili idarəetmə orqanları ilə əməkdaşlığın qurulması;
– Müsabiqələr üzrə vakansiyalar sisteminə nəzarət və vakansiyaların düzgünlüyünün yoxlanılması;
– Müsabiqələrin təşkili zamanı müvafiq dəstəyin göstərilməsi;
– Müsabiqələr üzrə əlavə yerləşdirmələrin həyata keçirilməsi və bu prosesə nəzarət.
Tələblər:
• Ali təhsil;
• Müvafiq sahədə iş təcrübəsi;
• Təhsil sahəsində mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
• Azərbaycan dilində səlis yazı və danışıq bacarığı (rus və ingilis dili bilikləri üstünlükdür);
• Aydın danışıq tərzi; • Yüksək nitq mədəniyyəti;
• Gündəlik işlərdə vaxtın idarə edilməsi;
• “Microsoft Office” proqramlarında sərbəst işləmək bacarığı;
• Dinləmək bacarığı;
• Enerjili və yüksək fəaliyyət qabiliyyəti;
• İntizamlılıq və tez öyrənmə bacarığı;
• Məqsədyönlülük və əzmkarlıq;
• Stressə qarşı davamlılıq.
İş şəraiti:
• İş günləri: I-V günlər;
• İş saatı: 09:00-18:00.
Vakansiya üçün müraciət etmək istəyən namizədlər “Mövzu” hissəsində müvafiq vakansiyanın adını qeyd etməklə öz CV-lərini cv@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.