2022-2023-cü tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul olan şagirdlərin şəxsi işlərinin qəbul edilməsi mərhələsi 17 avqust 17:00-da başa çatacaq.
Qeyd edək ki, boş qalan yerlər üçün 2-ci mərhələ 19-22 avqust tarixlərində həyata keçiriləcək. Bu mərhələdə aşağıdakı şagirdlərin iştirakına icazə verilir:
1) Birinci mərhələdə seçim edib qəbul olmayanlar;
2) Birinci mərhələdə seçim etməyənlər;
Bu mərhələdə valideynlər şagirdlərin yerdəyişməsi elektron xidmət portalında (https://sy.edu.az/login) şəxsi kabinetlərinə daxil olaraq lisey seçimi edəcək. Şagird qəbul olduğu halda avtomatik sorğu yaradılır. Daha sonra şagirdin şəxsi işləri ötən tədris ilində təhsil aldığı məktəbdən təhvil alınaraq, qəbul olduğu ümumtəhsil müəssisəsinə təhvil verilməlidir.