ARTİ-nin təşkilatçılığı ilə 26 avqust tarixində “İş dünyası və ali təhsildə trendlər” vebinarlar silsiləsi və Azərbaycan Texniki Universitetinin “Sabah Magistratura” proqramı çərçivəsində “Bərpa olunan hidrogen və yeni təchizat zəncirinin yaranması” adlı vebinar baş tutub.
70-dən çox izləyicinin iştirak etdiyi vebinarda spiker qismində Türkiyə və Niderlandın müxtəlif şirkətlərində fəaliyyət göstərən və bu sahədə 10 ildən çox təcrübəyə malik olan, Enerji elmləri və texnologiyaları üzrə fəlsəfə doktoru Mert Çolakoğlu çıxış edib.
Mert Çolakoğlu dekarbonizasiyanın əhəmiyyəti, bərpa olunan hidrogen və onun təchizat zəncirlərindəki rolundan danışıb. O, həmçinin, qlobal istiləşmə və onun təsirləri, dekarbonizasiya üçün qlobal öhdəlik, bərpa olunan enerji, elektrikləşdirmə, hidrogen onun gələcəyi, qarşısında duran strategiyalar haqqında çıxış edib.