2022-2023-cü tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas turunda tutulmayan vakant yerlər üçün əlavə vakansiya seçimi davam edir.
Vakansiya seçimi 26 avqust saat 11:00-dək aktiv olacaq.
Məlumat üçün bildiririk ki, dövlət ümumi təhsil müəssisələrində sosial məzuniyyət və yeni yaranmış vakant yerlərə müddətli müqavilə ilə vakansiya seçimi turları tədris ili başlayana qədər davam etdiriləcək.