“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin 2018- ci ildən icrasına başlanılmışdır. Hazırda davam edən bu layihənin məqsədi icma əsaslı vətəndaş qrupları vasitəsilə məktəbəqədər təhsilin əhatəliliyinin artırılması və valideynlərin məktəbəqədər təhsil xidmətlərinin monitorinqində fəal iştirakı ilə şəffaflıq və hesabatlılığın, eləcə də məktəb-cəmiyyət münasibətlərinin gücləndirilməsinə nail olmaqdır.