ARTİ MDPİM “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.
10 noyabr tarixində 173 nömrəli, 15 noyabr tarixində isə 227 nömrəli tam orta məktəblərdə seminarlar təşkil edilib. Budəfəki seminarlar riyaziyyat fənnini tədris edən müəllimləri əhatə edib.
173 nömrəli məktəbin riyaziyyat müəllimi Günel Babayevanın təqdim etdiyi icmal 8-ci sinif dərsliyində olan “Pifaqor teoremi” mövzusu üzrə olub. Seminar zamanı təlimin məqsədi, standartların reallaşdırılması, modellər əsasında məsələ həlli, “Pifaqor teoremi”nin tətbiqi, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
227 nömrəli məktəbin ibtidai sinif müəllimi Rəna Quliyeva isə “İkirəqəmli ədədlərin çıxılmasına dair məsələ həlli” mövzusunda icmal təqdim edib. İcmal əsasında dərsdə vaxt bölgüsünün aparılması, tapşırıqlar hazırlanarkən onların sayı, şagirdlərin yaş səviyyəsinə uyğunluğu və çətinlik dərəcəsi, riyaziyyat dərslərində oxuyub-anlamanın əhəmiyyəti məsələləri müzakirə edilib.
Hər 2 seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.