ARTİ MDPİM tərəfindən Məktəbin İnkişaf Planının (MİP) reallaşdırılması çərçivəsində metodik dəstək göstərilən bütün məktəblərdə müəllimlərlə görüşlər davam etdirilir.
35, 75, 227 və 301 nömrəli tam orta məktəblərdə keçirilən görüşlər hər bir məktəbin təlim ehtiyaclarına uyğun şəkildə təşkil edilib və müəllimlərə “Oxuyub-anlama bacarıqlarının formalaşdırılması”, “İbtidai sinif müəllimlərinin nümunəvi dərsinin müzakirəsi” mövzuları ilə bağlı metodik tövsiyələr verilib.
Qeyd edək ki, metodik görüşlər ay ərzində 2-3 dəfə olmaqla müxtəlif fənlər üzrə təşkil ediləcək. Eyni zamanda qeyd edilən görüş və seminarlardan sonra müəllimlərin inkişaf dinamikasında dəyişikliklərin olub-olmamasını müəyyənləşdirmək məqsədilə MDPİM tərəfindən təkrar dərsdinləmələrin keçirilməsi nəzərdə tutulur.