ARTİ MDPİM “Refleksiv müəllim” layihəsi üzrə seminarları davam etdirir.
8 dekabr tarixində 75 nömrəli, 15 dekabr tarixində isə 18 nömrəli tam orta məktəblərdə seminarlar təşkil edilib. Budəfəki seminarlar ibtidai siniflərdə Azərbaycan dili fənnini tədris edən müəllimləri əhatə edib.
75 nömrəli məktəbin ibtidai sinif müəllimi Fərzanə Heydərli “Fakt və münasibət” mövzusunda icmal təqdim edib. Seminar zamanı şagirdlərdə reflektiv bacarıqların formalaşdırılması, dərsdə istifadə olunan iş üsulları və formaları, qrup tapşırıqlarının qiymətləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb.
18 nömrəli məktəbin ibtidai sinif müəllimi Nazirə Hümbətova isə “Üç mirvari” mövzusunda icmal təqdim edib. İcmal əsasında tapşırıqların təlimin məqsədinə uyğunluğu, müvafiq qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi, təqdimatın aparılması məsələləri müzakirə edilib.
Hər iki seminar zamanı ümumi razılıq əsasında icmal üzərində təkmilləşdirmə işi aparılıb.
Qeyd edək ki, 75 və 18 nömrəli məktəblər ARTİ MDPİM tərəfindən MİP-in tətbiq edildiyi məktəblər sırasındadır.